Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Sumqayıt Şəhərinin Tarixi Muzeyində ”Korrupsiya ilə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi

25.11.2025

Sumqayıt Şəhərinin Tarixi Muzeyində "Korrupsiya ilə mübarizə" mövzusunda dəyirmi masa ətrafında maarifləndirici tədbir keçirildi.

İştirakçılar “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib.

Tədbirdə müstəqil hüquqşünas Ədalət Əroğlu, Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinin IV kurs tələbələri və muzeyin əməkdaşları iştirak ediblər.