Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Uşaq İncəsənət Festivalının qalibləri ilə görüş keçirildi

30.12.2025

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Sumqayıt şəhər komitəsinin dəstəyi ilə UIF müsabiqəsinin regional qalibləri ilə görüş keçirilib. Tədbir Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təşkil olunub.

Görüşdə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri üzrə UIF qalibləri iştirak ediblər. Tədbir çərçivəsində qaliblər mədəniyyət sahəsində əldə etdikləri uğurlara görə təbrik edilib, həmçinin hər bir qalibə hədiyyələr təqdim olunub.